100 Inc.
100 Inc.
WEB SAYT DİZAYN İŞLƏRİ LOGO HAZIRLANMASI ANDROİD PROQRAM İOS PROQRAM SEO GÜCLƏNDİRİLMƏSİ QRAFİKA SMM
100 Inc.

Yenilik, Yükləmələr

İOS

İOS

iOS (24 iyun 2010 ci ilə qədər iPhone OS) — Amerika şirkəti olan Apple tərəfindən hazırlanan mobil əməliyyat sistemidir. 2007-ci ildən buraxılır; ilk buraxılış — iPhone və iPod touch üçün, sonrakı buraxılışlar — iPad və Apple TV və bu tip qurğular üçün istifadəyə verilmişdir. Windows Phone-dən və Google Android-dən fərqli olaraq, yalnız Apple firması tərəfinfən istehsal edilən qurğular tərəfindən dəstəklənir.

iOS istifadəçi interfeysi multitaç jestlərindən istifadə edərək düz manipulyasiya konsepsiyasına əsaslanmışdır. İdarəetmə elementləri interfeysə toxunma və ya hərəkət, çeviricilər və düymələrdən ibarətdir.

iOS ƏS-i OS X əsasında yaradılmışdır və POSIX standartına uyğun olan Darwin əsas komponentlər dəstindən istifadə edir.

iOS-da dörd yayım qatı var: Core OS qatı, Core Services qatı, Media Layer qatı və Cocoa Touch qatı.

Əməliyyat sisteminin cari versiyasının (iOS 7.0.4) sitem bölməsi üçün qurğununun 1,4 - 2 Qb fleş-yaddaşı mövcuddur və təxminən 800 MB boş yerə malikdir (modeldən asılı olaraq dəyişilir).

İlk vaxlar sadəcə 500 ədəd proqramla fəaliyyətə başlayan App Store 2015-ci il statistikasına əsasən iOS-da 1.5 milyon proqram və bu proqramlarin ümumi yüklənmə sayı 100 milyardan artıqdır.

Rəy Bildir