100 Inc.
100 Inc.
WEB SAYT DİZAYN İŞLƏRİ LOGO HAZIRLANMASI ANDROİD PROQRAM İOS PROQRAM SEO GÜCLƏNDİRİLMƏSİ QRAFİKA SMM
100 Inc.

Yenilik, Yükləmələr

PUBG Mobile rekord kırdı!

PUBG Mobile rekord kırdı!

Çıxışı ilə CS: Go və Dota 2 kimi oyunları gölgəsində buraxan PUBG və ya PlayerUnknown's Battlegroundsoyunu bir çox insan tərəfindən çox sevildi. "Battle Royale" növ dediyimiz oyunlara elə maraq yayıldı ki, mobil cihazlarda PUBG bənzəri oyunlar çıxdı. Bir müddət əvvəl oyunu istehsal edən şirkət bildirdi ki, PUBG-nin mobil versiyası üzərində işləyirlər. Və nəhayət ki, mobil versiya çıxdı.

PUBG Mobile iOS və Android üçün çıxış etdi. 706 MB həcmindəki oyun minimum 2 gb Ram tələb edir.    

Əslində bu günlərə qədər oyun yalnızca Çində yayımlanmışdı. Oyunu yükləmək üçün bir sıra tətbiqləri yoxlamalı idiniz və ayrıca oyunda yalnızca Çin dili var idi. Bu gün etibarı ilə oyun dunyanın əksər ölkələrində istifadəyə açıqdı. Oyunun PC versiyasında olduğu kimi Mobil versiyasında da  "Unreal Engine 4" oyun motoru üzərində hazırlanıb. Ayrıca 8 km-lik Miramar adındakı oyun xəritəsi PUBG Mobile- daxil edilib. PUBG- nin mobil versiyasının  ən böyük fərqi pulsuz olmasıdır. 100- nəfərə qədər dəstək verən oyun hər həftə yenilənməyə davam edəcək.

Çıxar-çıxmaz oyun bir çox insan tərəfindən yüklənildi və çox da bəyənildi. Elə ki, artıq oyun tətbiq marketlərində ən çox yüklənən oyun olaraq 1-ci sıraya oturdu. Hal-hazırda 100-dən çox ölkədə oyun ilk sıralarda yerini tutub və bunu sadəcə 1 həftədən az bir vaxt ərzində etdi.

PUBG Corp və Tencent oyunu mükəmməl etmək üçün çox çalışdıqlarını dedi.    

PC və Xbox konsollarındaki versiyanın eynisi olan "Battle Royale" tipli oyun digər rəqiblərindən daha çox rəğbət gördü. Tencent şirkətinin dediklərinə görə PUBG Mobile üçün çox çalışırlar və oyuna yenilənmələrin gəlməsi uzun müddət davam edəcək. Ölkəmizdə də bir çox oyunsevər dollar-manat valyutasına görə ala bilmədiyi PUBGoyununu mobil cihazlarda eyni dərəcədə test edib oynaya biləcəklər. Bundan əvvəl oyun ilə çıxan bir sıra neqativ xəbərlərə görə, PUBG Mobile-da çox oyunçu olmadığı üçün oyunda botlardan istifadə edilir və bu halda oyun çox sadə və asand olurdu. Lakin bu reytinq xəbərlərinə görə deyə bilərik ki, oyunun yetərincə istifadəçisi var və bot xəbərləri yalandır.

Rəy Bildir